Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar İraqın neft naziri Basim Məhəmməd Hudayr ilə görüşüb. Türkiyəli nazirin sosial şəbəkə hesabında yer alan məlumata görə, görüşdən sonra İraq-Türkiyə neft kəmərinin səmərəli fəaliyyətini təmin etmək məqsədilə yeni birillik müqavilə imzalanıb. Sənədi Türkiyənin BOTAŞ və İraqın SOMO və NOC şirkətlərinin nümayəndələri imzalayıblar.
Bayraqdar bildirib ki, təxminən yarım əsrdir iki ölkə arasında strateji enerji dəhlizini təşkil edən İraq-Türkiyə neft kəməri ilə bağlı yeni uzunmüddətli müqavilə üzərində iş davam edir:
“Dialoq prosesinin bir hissəsi olaraq, gündə 750.000 barrel neft nəql etməyi hədəfləyən “keçid razılaşması” əldə edilib. İraq-Türkiyə boru kəməri İraq neftinin Türkiyənin Ceyhan limanı vasitəsilə dünya bazarlarına təhlükəsiz və fasiləsiz çatdırılmasının təmin edilməsində mühüm rol oynayır”.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB