Rusiya ordusu bir ay ərzində rekord itkilər verib...

İyul ayında Ukrayna müdafiə qüvvələri təxminən 43.000 rus hərbçisini zərərsizləşdirib...
Rusiya ordusu bir ay ərzində rekord itkilər verib...

...Avqustun 1-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya təcavüzkar ordusunun iyul ayında verdiyi itkiləri və bu ilin ilk altı ayı ərzindəki ümumi itkiləri açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti iyul ayı rəqəmlərini “rekord qıran” adlandırıb.

Baş Qərargahın məlumatına görə, “2026-cı ilin iyul ayında Rusiya işğalçı qüvvələri ilin əvvəlindən bəri rekord sayda canlı qüvvə itkisi yaşayıb - 42.860 nəfər”.

Baş Qərargah həmçinin Rusiya şəxsi heyətinin aylıq itkiləri barədə məlumat verib.

Müdafiə qüvvələrinin məlumatına görə, bu itkilər yanvar ayında 31.710, fevralda 26.090, martda 31.960, apreldə 32.980, mayda 33.760 və iyunda 39.290 nəfər təşkil edib. Hesabatda bildirilir ki, ümumilikdə düşmənin 2026-cı ilin ilk yeddi ayında şəxsi heyətinin itkiləri 238.650 nəfər təşkil edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə