Dünyanın ən böyük neft istehsalçılarından olan Səudiyyə Ərəbistanının Saudi Aramco şirkəti Türkiyənin yanacaq sektoruna investisiya etmək məqsədilə OYAK-a məxsus "GüzelEnerji" ilə ortaq layihə üzrə danışıqlar aparır.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tərəflər arasında aparılan müzakirələr Türkiyədə minlərlə yanacaqdoldurma məntəqəsini idarə edən "TotalEnergies" Türkiye brendinin də daxil olduğu "GüzelEnerji" şirkəti üzərində mümkün strateji tərəfdaşlığı əhatə edir.
Məsələ ilə bağlı açıqlama verən "OYAK" İdarə Heyətinin sədri Uğur Doğan Saudi Aramco ilə ortaq fəaliyyət imkanlarının müzakirə edildiyini təsdiqləyib. Onun sözlərinə görə, danışıqlar davam edir və yekun qərar hələ qəbul edilməyib.
Ekspertlər hesab edirlər ki, mümkün tərəfdaşlıq reallaşacağı təqdirdə bu, Türkiyənin enerji bazarında mühüm dəyişikliklərə səbəb ola bilər. Bununla belə, əməkdaşlığın yanacaq qiymətlərinə hansı təsiri göstərəcəyi hələlik məlum deyil və danışıqların nəticəsindən asılı olacaq.
Bu investisiya təşəbbüsü son illər Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında iqtisadi və ticarət əlaqələrinin genişlənməsi fonunda gündəmə gəlib. Tərəflər enerji sahəsində strateji əməkdaşlığın gücləndirilməsi istiqamətində danışıqları davam etdirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 172
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 173
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB