Almaniyada zavodun bağlanmasına görə etiraz aksiyaları başlayıb

Almaniyada zavodun bağlanmasına görə etiraz aksiyaları başlayıb

Almaniyada sosial gərgin atmağa başlayıb. Belə ki, "Audi"nin minlərlə əməkdaşı çərşənbə günü şirkətin Almaniyanın Nekkarsulm şəhərindəki zavodunun mümkün bağlanmasına qarşı etiraz aksiyası keçirir. "Reuters" agentliyinin məlumatına görə, etirazlar "Audi"nin də daxil olduğu "Volkswagen" konserninin yenidən təşkili fonunda keçirilir. Dəyişikliklərin on minlərlə iş yerinin ixtisara salınması ilə nəticələnə biləcəyi gözlənilir.

İstehsalat şurasının məlumatına görə, aksiyada 6 minə yaxın insan iştirak edib. Nekkarsulm meri bildirib ki, zavodun bağlanması şəhər üçün "fəlakət" olacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə