İraq Türkiyəyə 1 milyon barel neft tədarük edəcək - AÇIQLAMA

İraq Türkiyəyə 1 milyon barel neft tədarük edəcək - AÇIQLAMA

Türkiyə İraqın ehtiyacı olan müdafiə sənayesi məhsullarının tədarükü ilə bağlı öhdəsinə düşəni etməyə hazırdır. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Əli əl-Zeydi ilə birgə mətbuat konfransında deyib.

R.T. Ərdoğan İraqla ötənilki ticarət dövriyyəsinin 17 milyard dollar olduğunu bildirərək bunu artırmaq istədiklərini qeyd edib. O həmçinin bildirib ki, İraq Türkiyəyə bir milyon barel neft tədarükü öhdəliyini üzərinə götürüb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə