Ukraynanın hücumları nəticəsində 9 gündə 86 mülki şəxs həlak olub - RUSİYA

Ukraynanın hücumları nəticəsində 9 gündə 86 mülki şəxs həlak olub - RUSİYA

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukraynanın Rusiya ərazisində mülki əhali və mülki infrastruktura həyata keçirdiyi hücumlar nəticəsində ümumilikdə 86 nəfər həyatını itirib, 409 nəfər isə yaralanıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onun sözlərinə görə, ölənlər arasında 6, yaralananlar arasında isə 12 uşaq var. Beləliklə, doqquz gün ərzində ümumilikdə 495 mülki şəxs hücumların qurbanı olub.

Zaxarova mətbuat konfransında bildirib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın müxtəlif bölgələrinə hücumlarını davam etdirir. O qeyd edib ki, iyulun 24-də Kirov vilayətində yerləşən bir müəssisəyə raket zərbəsi endirilməsi nəticəsində ilkin məlumata görə 5 nəfər ölüb, 26 nəfər yaralanıb. Bundan əlavə, Belqorod vilayətində iyulun 18-i və 20-də sərnişin avtobuslarına pilotsuz uçuş aparatları ilə edilən hücumlarda bir uşaq və 4 qadın həlak olub, 27 nəfər, o cümlədən 17 yaşlı yeniyetmə yaralanıb.

Rusiya XİN sözçüsü iddia edib ki, Ukrayna döyüş meydanında üstünlük əldə edə bilmədiyi üçün mülki şəxsləri hədəfə alır. O, həmçinin Qərb ölkələrini Ukraynaya silah tədarük etməklə bu hücumlara dəstək verməkdə ittiham edib.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə