İran ABŞ hücumlarını dayandırdıqdan sonra cavab zərbələrini dayandırdığını açıqlayıb

İran ABŞ hücumlarını dayandırdıqdan sonra cavab zərbələrini dayandırdığını açıqlayıb

İran ABŞ-ın ölkəyə qarşı hava hücumlarını dayandırdığı müddətdə özünün cavab xarakterli hərbi əməliyyatlarını da dayandıracağını bəyan edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İran rəsmilərinin bildirdiyinə görə, Tehran "zərbəyə zərbə" prinsipinə sadiq qalacaq. Yəni ABŞ yenidən hücumlara başlayacağı təqdirdə İran da cavab tədbirləri görəcək. Məlumata əsasən, tərəflər son iki gündə qarşılıqlı hərbi əməliyyatları dayandırıblar.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp hərbi rəhbərliyin tövsiyələrindən sonra İrana qarşı bombardmanların müvəqqəti dayandırılması barədə qərar verib. ABŞ rəsmiləri bunu diplomatik səylər üçün imkan yaratmaq məqsədi daşıyan addım kimi təqdim etsələr də, Tehran bu qərara ehtiyatla yanaşır və bunu taktiki gediş hesab edir.

Hazırda bölgədə nisbi sakitlik hökm sürsə də, gərginliyin tam aradan qalxdığını söyləmək mümkün deyil. Diplomatik kanallar vasitəsilə danışıqlar davam edir və tərəflər arasında vəziyyətin yenidən eskalasiya etməməsi üçün vasitəçilik səyləri artırılıb.

Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə