İraqda nazir müavinindən 400 kiloqram qızıl və 175 milyon dollar götürüb

İraqda nazir müavinindən 400 kiloqram qızıl və 175 milyon dollar götürüb

İraq hüquq-mühafizə orqanları ölkənin neft nazirinin müavini Adnan əl-Cümeylinin əli olduğu korrupsiya işlərinin istintaqı çərçivəsində təxminən 175 milyon dollar və 400 kq qızıl müsadirə edib. "Al Hadath" telekanalının məlumatına görə, bu barədə İraqın Ali Məhkəmə Şurasının bəyanatında deyilir.

SİTAT: "Bu günə olan məlumata görə, əl-Cümeylinin işi üzrə 213 milyard dinar (təxminən 162,5 milyon dollar) və nağd şəkildə 12 milyon dollar müsadirə olunub. İstintaq çərçivəsində, həmçinin ölkənin müxtəlif vilayətlərindəki gizli yerlərdə saxlanılan 400 kq qızıl da aşkarlanıb", - qurumdan bildirilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə