...Ukrayna xarici işlər naziri Andrey Sibiqa Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ukraynadakı silahlı münaqişəyə son qoymaq və diplomatik həll yoluna doğru irəliləmək zərurəti ilə bağlı açıqlamasına münasibət bildirib. SİA xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Kiyev Qazaxıstan liderinin mövqeyini alqışlayır və onu vaxtında, real və balanslı adlandırır.
Sibiqa müvafiq bəyanatı sosial mediada yayımlayıb.
...Bu, real, vaxtında və müdrik bir bəyanatdır, - Sibiqa yazıb. Xatırladaq ki, daha əvvəl, Omskda Rusiya prezidenti Vladimir Putinlə görüşündə Kasım-Jomart Tokayev silahlı münaqişənin davam etdirilməsinin nə Rusiyanın, nə də Ukraynanın maraqlarına uyğun olmadığını bildirmişdi. Qazaxıstan prezidenti həmçinin münaqişəyə son qoyulmasının vacibliyini vurğulayaraq, onun daha da inkişafının hər iki ölkənin düşmənlərinə fayda verdiyini qeyd etmişdi.
...Bundan əvvəl Rusiya qoşunları Kostyantinovka yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin böyük bir kontingentini blokada etmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə


USD
EUR
GBP
RUB