Bu ölkədə meşə yanğınlarına görə 70 min insan təxliyyə edildi

Bu ölkədə meşə yanğınlarına görə 70 min insan təxliyyə edildi

İspaniyanın mərkəzi bölgələrində davam edən meşə yanğınları səbəbindən təxliyə olunanların sayı 70 mini keçib. Təkcə son sutka ərzində daha 25 min nəfər evini tərk etmək məcburiyyətində qalıb. "The Guardian" nəşrinin yazdığına görə, bu barədə İspaniya hökumətinin nümayəndəsi Fransisko Martin məlumat yayıb. Onun sözlərinə görə, 20 mindən çox sakinə isə evlərini tərk etməmək tapşırılıb. Hazırda xəsarət alanlar barədə məlumat yoxdur.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə