Tramp Netanyahu ilə görüşəcək

Tramp Netanyahu ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp iyulun 28-də Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

“Prezident Trampın dəvəti ilə Baş nazir Benyamin Netanyahu bazar ertəsi günü rəsmi səfər üçün Vaşinqtona yola düşəcək. Səfər çərçivəsində Baş nazir çərşənbə axşamı günü Ağ Evdə Prezident Trampla görüşəcək və senator Lindsi Qrahamın dəfn mərasimində iştirak edəcək”, - deyə açıqlamada bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə