Kiyev vilayətinə hücumun təfərrüatları məlum olub

Kiyev vilayətinə hücumun təfərrüatları məlum olub

İlkin məlumatlara görə, Kiyev vilayətinə Rusiyanın raket zərbəsi nəticəsində 10 nəfər həlak olub, təxminən 100 nəfər müxtəlif dərəcələrdə xəsarət alıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Ruslan Kravçenko “Telegram” kanalında məlumat verib.

“Baş Prokurorluq bu müharibə cinayəti ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsi ilə cinayət işlərinə nəzarət edir. Eyni zamanda, tədbirlərin təşkili və keçirilməsi zamanı rəsmi vəzifələrin mümkün şəkildə yerinə yetirilməməsi ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin 367-ci maddəsinin 3-cü hissəsi ilə cinayət işi başlanıb", - deyə açıqlamada bildirilir.

Kravçenko əlavə edib ki, tədbirin keçirilməsi barədə qərarı kimin verdiyini, yerini, vaxtını və formatını kimin əlaqələndirdiyini, hansı təhlükəsizlik tədbirlərinin görüldüyünü və risklərin hərbi vəziyyət çərçivəsində düzgün qiymətləndirilib-dəyərləndirilmədiyini istintaq müəyyən edəcək.

Kiyev bölgəsinə endirilən zərbə ilə bağlı yeni detallar ortaya çıxıb.

Kiyev Regional Hərbi Administrasiyasının məlumatına görə, cümə günü, iyulun 24-də Rusiya Kiyev bölgəsinə ballistik raket zərbəsi endirib. Ən çox Buça rayonu zərər çəkib.

Zərbə həmin vaxt hadisələrin baş verdiyi özəl raket poliqonuna dəyib. Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat telemarafonda bildirib ki, poliqona iki ballistik raket dəyib. Bütün təcili və əməliyyat xidmətləri zərbə yerlərində işləyir. Raket hücumunun nəticələrinin aradan qaldırılması davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə