İtaliyada jurnalisti öldürüb cəsədini yandırıblar - ŞOK!

İtaliyada jurnalisti öldürüb cəsədini yandırıblar - ŞOK!

İtaliyada idman jurnalisti Luka Espozito amansızlıqla qətlə yetirilib. Bu barədə "Rai News" telekanalı məlumat yayıb. Jurnalistin meyiti Salerno əyalətinin Eboli bələdiyyəsində yerləşən kənd təsərrüfatı sahəsində aşkarlanıb. Məlumata görə, o, əvvəlcə döyülərək qətlə yetirilib, daha sonra isə cəsədi yandırılıb. Şəxsiyyəti isə yaxınlıqda saxlanılan, Espozitonun adına qeydiyyatda olan avtomobil sayəsində müəyyən edilib.

Hazırda polis faktla bağlı araşdırma aparır. Cinayətin motivi və şübhəli şəxslərin kimliyi hələlik məlum deyil.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə