Yaponiyada dəhşətli torpaq sürüşməsi - hökumət əhaliyə xəbərdarlıq etdi

Yaponiyada dəhşətli torpaq sürüşməsi - hökumət əhaliyə xəbərdarlıq etdi

Yaponiyanın şərqində yerləşən Toçigi prefekturasında baş verən torpaq sürüşməsi faciə ilə nəticələnib. Leysan yağışları nəticəsində yaşayış evinin üzərinə torpaq kütləsi düşüb, iki nəfər həlak olub.

NHK agentliyi xəbər verir ki, hadisədən bir gün sonra dağıntılar altından qadının cəsədi çıxarılıb, iyulun 19-da isə xilasedicilər kişinin nəşini aşkarlayıblar. Həlak olanların 30 ildən çoxdur ki, həmin ərazidə yaşayan yaşlı ər-arvad olduğu rəsmən təsdiqlənib. Yaponiya hökuməti əhalini ayıq sayıq olmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə