Türkiyə müvafiq müqavilələr çərçivəsində Kiprdə sülh və təhlükəsizliyi qorunmağa davam edir. SİA xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Kiprdə hərbçilərə müraciətində deyib.
Gülər bildirib ki, 1974-cü il Şimali Kipr Sülh Hərəkatı adada qarşıdurmalara son qoyub və türk əsgərinin qəhrəmanlığı tarixə yazılıb. Gülər 39-cu Piyada Diviziyasının həmin əməliyyatda mühüm rol oynadığını və 142 şəhid verdiyini xatırladıb.
O qeyd edib ki, Türkiyə beynəlxalq hüquqdan irəli gələn hüquqlarından və zəmanətçi dövlət kimi məsuliyyətlərindən geri çəkilməyəcək.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB