Krasnodarda helikopter qəzaya uğrayıb, pilot ölüb

Krasnodarda helikopter qəzaya uğrayıb, pilot ölüb

Rusiyanın Krasnodar diyarında kənd təsərrüfatı təyinatlı "Mi-2" helikopteri Kalininskaya stansiyasından 2 km aralıda qəzaya uğrayıb. Bu barədə Rusiya FHN-in region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

SİTAT: "Kalininskaya stansiyasından 2 km aralıda tarlaların dərmanlanması həyata keçirilərkən kənd təsərrüfatı təyinatlı "Mi-2" helikopteri yerə düşüb. Hadisə nəticəsində 20 kv. m sahədə yanğın baş verib. Yanğın operativ şəkildə söndürülüb. Qəza nəticəsində hava gəmisinin pilotu həlak olub", - məlumatda bildirilib. Rusiya hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı cinayət işi açılıb. Hadisənin təfərrüatları araşdırılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə