Konqo Demokratik Respublikasında ebola virusuna yoluxma nəticəsində ölənlərin sayı 864 nəfərə çatıb. "EFE" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb ki, 2 181 yoluxma halı təsdiqlənib, 722 xəstə xəstəxanaya yerləşdirilib, 412 nəfər sağalıb. Hazırda ölüm göstəricisi 39,6 % təşkil edir.
Epidemiya şərq əyalətləri olan İturi (epidemiyanın episentri), Şimali və Cənubi Kivu, Yuxarı Uele, eləcə də Çoponu əhatə edib. Yoluxmaların sayına görə İturi əyaləti liderlik edir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB