İsraildən ŞOK HÜCUM - yas mərasmində 8 nəfər həlak oldu

İsraildən ŞOK HÜCUM - yas mərasmində 8 nəfər həlak oldu

İsrail ordusu Qəzza zolağına zərbələr endirib. "Haber Global"ın məlumatına görə, Nuseyrat qaçqın düşərgəsində dəfn mərasiminə toplaşan fələstinlilərə endirdiyi zərbə nəticəsində azı 8 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Məlumata görə, zərbə daha əvvəl İsrail hücumu nəticəsində həyatını itirmiş fələstinlinin cənazəsini Əl-Avda Xəstəxanasının qarşısından yola salmaq üçün toplaşan mülki şəxsləri hədəf alıb. Yaralılar Əl-Avda Xəstəxanasına çatdırılıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Bu səbəbdən ölənlərin sayının arta biləcəyi istisna olunmur.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə