Hörmüz boğazında davam edən böhran qlobal iqtisadiyyat üçün risk yaradır.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol deyib.
O bildirib ki, əgər Hörmüz boğazını iflic edən böhran bir neçə həftə ərzində həll olunmazsa, qlobal iqtisadiyyat yeni və ciddi problemlərlə üzləşəcək: “Hər iki tərəfin hücumlarının artması Hörmüz boğazından neft, gübrə, təbii qaz və digər yüklərin daşınmasını təhdid edir. Bazarlar narahatdır və böyük qeyri-müəyyənliklə üzləşir. Əgər Hörmüz boğazı bağlı qalarsa, qlobal iqtisadiyyat, regional ölkələr, inkişaf etməkdə olan ölkələr və Asiya iqtisadiyyatları yenidən ciddi çətinliklərlə üzləşə bilər”.
Fatih Birol boğazın aylar deyil, həftələr ərzində "tamamilə və qeyd-şərtsiz" nəqliyyat üçün yenidən açılmasının vacibliyini vurğulayıb və əks halda qlobal iqtisadi təsirin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edib.
“Körfəzdən enerji və xammal daşınmalarında baş verən fasilələr Koreya Respublikası və Yaponiya kimi iqtisadiyyatlara təsir göstərib, lakin Banqladeş, Pakistan və Hindistan kimi ölkələr bu cür fasilələrə daha çox məruz qalır”, - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB