“Nəticə tamamilə aydındır...”

Z-bloqçu Kalaşnikov Rusiyanın müharibədə məğlubiyyətini etiraf etdi...
“Nəticə tamamilə aydındır...”

...Və rusiyalı Z-bloqçu Maksim Kalaşnikov Ukraynaya qarşı müharibədə Rusiyanın mövqeyinin kəskin şəkildə pisləşdiyini bildirib.

Uzunmüddətli müharibə və Ukraynadan gələn hücumlar səbəbindən ölkə iqtisadiyyatı çökməyə başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Kalaşnikov 15 iyulda Telegram kanalında müvafiq paylaşım edib. O, yanacaq böhranının bütün Rusiya iqtisadiyyatına təsir etdiyindən şikayətlənib.

Ölkədə yük daşımalarının qiymətləri kəskin şəkildə artıb və bu artım artıq tarixi bir həddə çatıb.

İşğal altında olan Krım tamamilə təcrid olunub; orada demək olar ki, yanacaq yoxdur.

Ümumilikdə, Kalaşnikovun sözlərinə görə, Rusiya tərəfindən işğal edilmiş Ukraynanın bütün ərazilərində nəqliyyat blokadası aydın görünür.

…Rusiya elitası utanmazcasına dayanır, düşmən isə səmərəlidir... Rusiya rəhbərliyi yanacaqdoldurma məntəqələri ilə mübarizə aparır. Mənim fikrimcə, nəticə tamamilə aydındır.

Kalaşnikov belə yazıb.

O, Rusiyanın sürətlə "müharibəni uzatmağa və iqtisadi çöküşə" doğru irəlilədiyini bildirib.

…Daha əvvəl "DXR" terrorçularının keçmiş rəhbəri İqor Strelkov (Girkin) Rusiyanın fəlakətlə üzləşdiyini bildirmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə