"Mənə söz ver, Amerika" - Co Bayden prezidentlik dövrü barədə kitab yazıb

"Mənə söz ver, Amerika" - Co Bayden prezidentlik dövrü barədə kitab yazıb

ABŞ-ın sabiq prezidenti Co Bayden dövlət başçısı postundakı fəaliyyət dövrünə həsr olunmuş kitab yazdığını bəyan edib. Bu barədə Ağ Evin keçmiş rəhbəri sosial şəbəkə hesabında məlumat yayıb.

Xatirələr "Mənə söz ver, Amerika" adını alıb. Kitabın noyabrın 17-də işıq üzü görəcəyi planlaşdırılsa da, oxucular indidən sifariş etmək imkanına malikdirlər. "Prezidentliyim haqqında kitab yazdım. Onun adı "Mənə söz ver, Amerika"dır", - deyə Bayden bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə