Türkiyənin Rize şəhərində yol çöküb, 3 binadan sakinlər təxliyə edilib

Türkiyənin Rize şəhərində yol çöküb, 3 binadan sakinlər təxliyə edilib

Türkiyənin Rize şəhərində yol çöküb.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə İslampaşa məhəlləsində binanın inşası üçün yerdə qazıntılar aparılan zaman baş verib.

Yolun çökməsi nəticəsində qaz xəttinə ziyan dəyib. Ərazidə yerləşən 3 binadan sakinlər təxliyə edilib.

AFAD hadisənin səbəblərini araşdırmaq məqsədilə əraziyə yollanıb.

Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə