Türkiyənin Rize şəhərində yol çöküb.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə İslampaşa məhəlləsində binanın inşası üçün yerdə qazıntılar aparılan zaman baş verib.
Yolun çökməsi nəticəsində qaz xəttinə ziyan dəyib. Ərazidə yerləşən 3 binadan sakinlər təxliyə edilib.
AFAD hadisənin səbəblərini araşdırmaq məqsədilə əraziyə yollanıb.
Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.