Putinə rəqib olmuş şəxs Rusiyada "agent" elan olundu

Putinə rəqib olmuş şəxs Rusiyada "agent" elan olundu

Rusiya Ədliyyə Nazirliyi 2024-cü il prezident seçkisində namizədliyini irəli sürmüş siyasətçi Boris Nadejdini "xarici agent" siyahısına daxil edib. Rusiya KİV-lərinin xəbərində deyilir ki, Nazirlik buna əsas kimi onun icazəsiz mitinq və piketlərdə iştirak çağırışlarını göstərib.

Siyasətçi xarici agentlərin materiallarını hazırlayıb yaymaqda, arzuolunmaz təşkilatların kontentini təqdim etməkdə, habelə Rusiya hakimiyyətinin qərarları, dövlət siyasəti və ölkənin seçki sistemi barədə yalan məlumatlar yaymaqda da ittiham olunur.
Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə