...Rusiya Federasiya Şurası ekoloji fəlakətlər yaratmaq üçün Rusiyanın qanunsuz tankerlərinin minalanmasını və xarici ölkələr tərəfindən saxlanıldığı təqdirdə partladılmasını təklif edib.
SİA xəbər verir ki, The Moscow Times qəzetinin məlumatına görə, bunu senator və Roskosmosun keçmiş rəhbəri Dmitri Roqozin bildirib.
Rusiya rəsmisi sanksiyalar səbəbindən ələ keçirilmə cəhdi halında Rusiya ilə əlaqəli mülki gəmilərin məhv edilməsi üçün onlara partlayıcı maddələrin quraşdırılmasına çağırıb.
O hesab edir ki, genişmiqyaslı ətraf mühit çirklənməsi təhlükəsi Avropa ölkələrini çəkindirməlidir.
Roqozin bildirib ki, “...istifadə etdiyimiz tankerləri minalandırmalıyıq. Tətik müvafiq əmrlərlə və ya tanker marşrutundan yayınaraq xarici limana məcbur edildikdə işə salınmalıdır. Neft dağılmasına və müvafiq ekoloji nəticələrə səbəb olan bir neçə partlayış onların burunlarının altında dərhal ağlını başlarına gətirəcək".
Bu ideyanı Rusiya hərbi bloqçuları da mənimsəyiblər.
Onlar qeyd edirlər ki, Rusiya Hərbi Dəniz Qüvvələri yüzlərlə mülki təyyarə üçün hərbi müşayiət təmin edə bilmədiyindən, Britaniya və ya Avropa sahillərində partlayış və neft dağılması təhlükəsi yeganə təsirli "rıçaq"dır.
Bu cür radikal açıqlamaların səbəbi, Britaniya Silahlı Qüvvələri tərəfindən Rusiyanın kölgə donanması Smyrtos-a məxsus tankerin ilk dəfə İngiltərə Kanalında ələ keçirilməsi olub.
Əməliyyat Britaniya Baş naziri Keir Starmerin əmri ilə fransızlarla birgə həyata keçirilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB