...İrlandiya, liberal viza siyasətinə görə, Rusiya casusları üçün Böyük Britaniyaya “boşluq”a çevrilib.
Britaniya rəsmiləri artıq bu problemlə bağlı ölkəni xəbərdar ediblər.
SİA xəbər verir ki, The Telegraph qəzetinin məlumatına görə, İrlandiya hökumətinin keçmiş uşaq naziri və hazırkı Dublin Avropa Parlamentinin üzvü Barri Endryu Britaniya rəsmilərinin onu İrlandiyanın ruslara verdiyi vizaların sayı barədə xəbərdar etdiyini bildirib.
Moskvanın Ukraynaya tammiqyaslı işğalından bəri İrlandiya ruslara 14.000 viza verib ki, bu da təsdiq nisbəti 90 faiz təşkil edir.
...İrlandiyanın Böyük Britaniya ilə müqayisədə mürəkkəb kəşfiyyat xidmətləri yoxdur. Böyük Britaniya İrlandiyanın boşluq olmasından qorxur, çünki insanlar İrlandiyaya gəlir və bizim Böyük Britaniya ilə eyni nəzarət imkanlarımız yoxdur, - deyə o qeyd edib.
...Eyni zamanda, o, Rusiyanın İrlandiyada qanunsuz fəaliyyətinə dair xeyli dəlil olduğunu qeyd edib. İrlandiya Şengen zonasından kənarda öz viza proseduruna malik iki AB üzv dövlətindən biridir. O, Birləşmiş Krallıq, Kanal adaları və Men adası ilə birlikdə Ümumi Səyahət Bölgəsinin üzvüdür. İyul ayında İrlandiya Aİ-yə sədrlik edəcək ki, bu da onu "risk altına qoyur, - deyə Endryu əlavə edib.
...İrlandiya yoxlama altındadır və düşünürəm ki, indi ruslar və belaruslar üçün viza prosesinin hərtərəfli nəzərdən keçirilməsinin vaxtıdır, - deyə o bildirib.
O, immiqrasiya rəsmilərini sosial media profillərini yoxlamağa və müraciət edənlərlə müsahibə aparmağa çağırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB