Şoyqu Rusiyada radikal İslamın yayılmasından qorxur...

O, narahatlıqlarını Orta Asiya-Rusiya Təhlükəsizlik Şurası katiblərinin forumunda bölüşüb...

...Rusiya və Orta Asiya ölkələri radikal İslamın və qeyri-ənənəvi dini hərəkatların yayılması ilə təhdid altındadır.

SİA-nın əldə etdiyi məlumata görə, bu nəticəyə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu "Orta Asiya-Rusiya" formatında təhlükəsizlik şurası katiblərinin üçüncü iclasında çıxış edərkən gəlib.

...Radikal İslam da daxil olmaqla ekstremist ideyaların yayılması təhlükəsi region üçün çox aktual olaraq qalır. Döyüşçülərin və terrorçuların cəlb edilməsi və onların xaricdən ölkələrimizə nüfuz etməsi davam edir, - Şoyqu qeyd edib.

Rusiya Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, "bu amillər, eləcə də qeyri-ənənəvi dini hərəkatların yayılması və onların təbliğatçılarının və ardıcıllarının sayının artması daxili siyasi vəziyyətə mənfi təsir göstərir".

İclas iştirakçılarına müraciət edən Şoyqu bildirib ki, Rusiyanın tərəfdaşları ekstremizmə qarşı mübarizədə həmişə onların dəstəyinə arxalana bilərlər.

O, aydınlaşdırıb ki, Rusiya dini təhsil müəssisələrində İslam təhsili almaq üçün daha çox tələbə qəbul etməyə hazırdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə