...Putin Kremlin əsas təbliğat tədbirini demək olar ki, tamamilə təkbaşına keçirməyə və Ukraynaya qarşı başlanan müharibənin nəticələrinə görə formatını əhəmiyyətli dərəcədə dəyişdirməyə məcburdur.
SİA-nın əldə etdiyi məlumata görə, bu, hər il getdikcə daha az xarici liderin qatıldığı 9 mayda keçiriləcək hərbi parada aiddir.
Hətta Putinin sözdə “dostları” belə indi tədbiri görməzdən gəlirlər.
Məsələn, Slovakiyanın Baş naziri Robert Fiko Moskvaya səfər etmək niyyətindədir, lakin hərbi paradda iştirak etməkdən imtina edib.
2025-ci ildə parada şəxsən qatılan Serbiya Prezidenti Aleksandr Vuçiç hələ Rusiya paytaxtına səfər etmək niyyətini təsdiqləməyib.
Aprelin sonunda o, səfər ehtimalını nəzərdən keçirdiyini bildirsə də, 6 mayda diplomatik kanallar vasitəsilə çatdırılan təbrik mesajı ilə kifayətlənib.
Əvvəllər Moskva paradlarında iştirak etməkdən yayınan Macarıstan da 2026-cı ildə yüksək səviyyədə təmsil olunmur, xüsusən də Kremlə sadiq Baş nazir Viktor Orbanın vəzifəsinin bitməsinə cəmi bir neçə gün qaldığı üçün...
Çin lideri Si Cinpinin səfərinin təsdiqlənməməsi xüsusilə diqqətəlayiqdir.
2025-ci ildə o, paradın əsas xarici qonağı idi. Bu il onun səfəri ilə bağlı 9 maydan bir neçə gün əvvələ qədər heç bir rəsmi açıqlama verilmədi.
Lukaşenkonun mətbuat xidməti onun 12 apreldə Putinlə söhbətindən sonra paradda iştirak etmək istəyini açıqlayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB