ABŞ-nin Ukraynaya silah tədarükü dayandırılır

Donald Tramp administrasiyasının məmurları ABŞ-nin Ukraynaya silah tədarükünün yaxın aylarda dayandırıla biləcəyi barədə müttəfiqləri xəbərdar etməyə başlayıb.

SİA xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.

Məlumata görə, bunun səbəbi Pentaqonun silah ehtiyatlarını İranda gedən müharibəyə yönəltməyə üstünlük verməsidir.

ABŞ Dövlət Departamenti müttəfiqlərə bildirib ki, döyüş sursatlarının, xüsusilə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükü ləngiyə və ya dayandırıla bilər.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə