...Martın 24-də Anqolada casusluq, terrorizm və rüşvətxorluqda ittiham olunan iki rusiyalının məhkəməsi başlayacaq.
Müstəntiqlər onları və ölkədən qaçan altı həmkarını Yevgeni Priqojin tərəfindən qurulan “Afrika politoloqları” layihəsi ilə əlaqələndirirlər.
SİA xəbər verir ki, BBC-nin məlumatına görə, Moskva hakimiyyəti ittihamların ciddiliyinə və Rusiya vətəndaşlarının üzləşdiyi uzunmüddətli həbs cəzalarına baxmayaraq, iş barədə şərh vermir.
Ruslar "terrorçu qruplaşma təşkil etmək", "terrorizm" və "terrorizmi maliyyələşdirmək" də daxil olmaqla on bir cinayət maddəsi ilə ittiham olunurlar.
Müdafiə tərəfi iddia edir ki, işdə terrorizmlə bağlı heç bir fakt yoxdur.
Lakin hakimlər 12 yanvarda təsdiqləyiblər ki, sadəcə "milli bütövlüyə və müstəqilliyə zərər vurmaq, dövlət qurumlarını məhv etmək və sarsıtmaq niyyəti" belə bir ittiham üçün kifayətdir.
Bundan əlavə, ruslar casusluq, "vəzifəli şəxslərin aktiv korrupsiyası" və "təsir alveri" kimi digər şeylərdə ittiham olunurlar.
İş materialları ilə tanış olan bir vəkilin sözlərinə görə, prokurorluq Anqoladakı vəziyyət və idarəetmə haqqında məlumatların toplanması və Rusiyaya ötürülməsini casusluq, 2027-ci ildə Rusiyapərəst prezident seçmək üçün yerli məmurların və siyasətçilərin rüşvət almasını isə korrupsiya hesab edir.
...İqor Ratçin və Lev Lakştanov 15 ilə qədər həbs cəzası ilə üzləşirlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB