İran ABŞ əməliyyatı zamanı bütün sualtı qayıqlarını itirib..?

İranın sualtı donanması üç Kilo sinifli sualtı qayıqdan ibarət idi...

...İranın sdəniz gücünün uzun müddət vacib bir hissəsi hesab edilən sualtı donanması, “Epik qəzəb” əməliyyatı zamanı ciddi itkilərə məruz qalıb.

SİA-nın məlumatına görə, 19FortyFive xəbər verir ki, gizliliklərinə görə “Qara Dəlik” ləqəbli Kilo sinifli sualtı qayıqlar ABŞ və İsrailin zərbələri nəticəsində faktiki olaraq işlək vəziyyətən çıxıb.

Bəndər Abbas yaxınlığında zədələnmiş sualtı qayıq...

Müdafiə üzrə ekspert Dr. Brent M. İstvud İran İslam Respublikasının sualtı qüvvələri ilə bağlı vəziyyəti təhlil edib. Onun sözlərinə görə, əməliyyatın ikinci həftəsində ABŞ və İsrail tam hava üstünlüyünü təmin edə biliblər və bu da onlara İranın dəniz infrastrukturuna zərbə endirməyə imkan verib. ABŞ Birgə Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bildirib ki, 10 mart 2026-cı il tarixinə qədər Bəndər Abbasda lövbər salarkən ən azı bir İran sualtı qayığı zədələnib.

Bu, ehtimal ki, əməliyyatın əvvəlində dokda olan IRIS Tarek sualtı qayığına aiddir.

Limanda “Qara dəlik” sualtı qayıqları tutuldu...

Analitiklərə və peyk görüntülərinə görə, İranın arsenalındakı hər üç Kilo sinifli sualtı qayıq münaqişənin əvvəlində təmir və ya modernləşdirmə mərhələsində idi.

Nəticədə, Amerika və İsrail qüvvələri onları limanda faktiki olaraq tutdular.

Mütəxəssislər qeyd edirlər ki, bəzi infrastrukturlarının dağıdılması və uzun modernləşdirmə prosesi səbəbindən sualtı qayıqlar döyüş əməliyyatlarında iştirak edə bilmədilər. İranın ən böyük sualtı təhlükəsi faktiki olaraq hərəkətsiz bir hədəfə çevrilib.

Sovet kökləri olan köhnə sualtı qayıqlar...

...Deməli, o vaxt, İran 1990-cı illərdə Rusiyadan üç Kilo sinifli sualtı qayıq əldə etdi. Bu dizel-elektrik sualtı qayıqlar 1970-ci illərdə Sovet Rubin dizayn bürosu tərəfindən hazırlanmış və 1980-ci illərin əvvəllərində Sovet donanmasına təhvil verilmişdir.

İran donanmasına aşağıdakılar daxildir:

-IRIS "Tarek" (901) – 1992-ci ildə istismara verilib;

-IRIS "Nux" (902) – 1993-cü ildən;

-IRIS "Yunes" (903) – 1996-cı ildən.

Yaşlarına baxmayaraq, bu sualtı qayıqlar səssiz və gizli olmaları ilə tanınır və "qara dəliklər" ləqəbini qazanıb.

Məhdud müharibə imkanları...

Kilo sinifli sualtı qayıqlar təxminən 73 metr uzunluğundadır və 18-ə qədər ağır torpeda və ya dəniz minası daşıya bilir. İran onlardan dünyanın ən vacib gəmiçilik yollarından biri olan Fars körfəzi və Hörmüz boğazını idarə etmək üçün istifadə etməyə ümid edirdi.

Lakin, bu sualtı qayıqlardan yalnız üçünün olması donanmanın davamlı patrul xidməti aparmaq və tammiqyaslı sualtı müharibəsi aparmaq qabiliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır(dı)?..

Sanksiyalar və modernləşdirmə məsələləri...

Beynəlxalq sanksiyalar İran üçün ciddi bir problemə çevrilib və sualtı qayıqların təmiri və modernləşdirilməsinə mane olur. Komponentlər və texnologiya çatışmazlığı səbəbindən İran mühəndisləri sualtı qayıq donanmasını tam təkmilləşdirə bilməyiblər.

Nəticədə, müharibə zamanı sualtı qayıqlar əsasən limanda qalıb və hərbi əməliyyatların gedişatına əhəmiyyətli dərəcədə təsir göstərə bilməyiblər.

Analitiklər İran sualtı qüvvələrinə qarşı gələcək hücumları istisna etmirlər. İki sualtı qayıq texniki cəhətdən sağlam qalsa belə, ABŞ-ın dəniz və hava dominantlığı qarşısında effektiv şəkildə fəaliyyət göstərə bilmələri ehtimalı azdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə