...SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, ölkənin NATO-ya daxil olmasını təhlükəsizliyin ən yaxşı qarantiyası hesab edən ukraynalıların sayı bir ildə xeyli azalıb.
Yenə də rusların yazdığına görə, bu barədə İlko Kuçeriv adına Ukrayna Demokratik Təşəbbüslər Fondunun keçirdiyi sorğuya istinadən RİA Novosti məlumat yayıb.
Tədqiqatçılar aydınlaşdırıblar ki, bu il respondentlərin 38,3 faizi NATO-nu Ukrayna üçün ən yaxşı təhlükəsizlik qarantiyası adlandırıb.
Bu, ötən ilin dekabr ayında 55,1 faiz təşkil edib. Ukraynalıların daha 15,4 faizi hesab edir ki, bir neçə NATO üzvü ölkəsi ilə strateji müdafiə tərəfdaşlığı müqavilələri təhlükəsizliyi təmin edə bilər, ötən il isə bu rəqəm 9 faiz olub.
Bu il respondentlərin 7,2 faizi beynəlxalq zəmanət olmadan öz qüvvələrinə və müdafiə sənayesinə güvənib, ötən il isə bu rəqəm 3,3 faiz olub.
Sorğu 2025-ci il dekabrın 5-dən 16-dək üzbəüz aparılıb. Sorğuda Ukraynada yaşayan 18 yaş və yuxarı 2000 respondent iştirak edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB