...Kreml Valdayda baş verən “iqamətgaha hücum” zamanı Rusiya lideri Vladimir Putinin yerini açıqlamaqdan imtina edib.
SİA xəbər verir ki, bu barədə RBC-Ukrayna Kremlin mətbuat katibi Dmitri Peskovun Rusiya mediasına verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Rusiya diktatorunun sözçüsü jurnalistlərin Putinin Valdaydakı iqamətgahına dronlarla hücum edildiyi iddia edilən zaman onun yeri ilə bağlı sualına münasibət bildirib.
...Prezidentin harada olduğuna gəldikdə, hazırkı şəraitdə bu mövzu ictimai müzakirə mövzusu deyil, - deyə Peskov bildirib.
Eyni zamanda, Kremlin sözçüsü hadisəni Putinə qarşı yönəlmiş və guya "ABŞ prezidenti Donald Trampın səylərinə qarşı" törədilmiş "terror aktı" adlandırıb.
Peskov bildirib ki, Rusiya "danışıqlar prosesindən çəkilmir və ABŞ ilə dialoqu davam etdirir".
...Uydurma hücumdan sonra "Kreml Ukrayna ilə bağlı danışıqlar mövqeyini gücləndirəcək".
Peskov kinayə ilə əlavə edib ki, “Rusiya ordusu Ukraynanın hərəkətlərinə necə və nə vaxt cavab verəcəyini bilir”.
İddialara görə, Peskov bununla Kiyevi hədələyib..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB