...Avropa Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Donald Tramp arasında bu bazar günü keçirilməsi planlaşdırılan görüşdən müsbət nəticə gözləyir.
SİA xəbər verir ki, CNN-in Amerika və Avropa rəsmilərinə istinadən verdiyi məlumata görə, eyni zamanda, onlar gözlənilməz də daxil olmaqla müxtəlif ssenarilərə hazırlaşırlar.
Avropa liderləri Kiyev və Vaşinqton arasında ikitərəfli keçiriləcək görüşdə iştirak etməyəcəklər.
Eyni zamanda, CNN mənbələri qeyd edir ki, Ukrayna tərəfi bir neçə aydır ki, ABŞ ilə yüksək səviyyəli danışıqlarda israr edir.
Avropa paytaxtları Ukrayna və ABŞ arasındakı münasibətlərdəki mövcud dinamikanın ümumilikdə məhsuldar olduğuna inanır və bu, ehtiyatlı nikbinlik üçün əsas yaradır.
Bununla belə, onlar Donald Trampla hər hansı bir görüşün risk elementi daşıdığını qəbul edirlər.
NATO rəsmilərindən biri bildirib ki, "Trampla bağlı aşağı riskli ssenarilər yoxdur".
Kanalın Amerika mənbələri həmçinin ümid edirlər ki, Tramp və Zelenski arasında danışıqlar, xüsusən də Amerika və Ukrayna danışıqçılarının mövqeləri razılaşdırmaq üçün bir həftəlik intensiv işindən sonra məhsuldar olacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB