Tramp ABŞ-nin 6G-də lider olması üçün tədbirlər görülməsi barədə memorandum imzalayıb
ABŞ Prezidenti Donald Tramp Amerika administrasiyasına 6G şəbəkələrinin inkişafında ölkənin liderliyini təmin etmək üçün bir sıra tədbirlər görməyi tapşıran memorandum imzalayıb. SİA-nın məlumatına görə, müvafiq sənəd Ağ Evin saytında dərc olunub.
Sənədə əsasən, ABŞ-nin federal hakimiyyət orqanları öz rabitə sistemlərini 7,125-7,4 QHs diapazonlu tezliklərdən köçürməlidirlər ki, həmin tezliklər 6G provayderlərinin tam kommersiya istifadəsi üçün boşaldılsın. Qurumlar belə bir keçid planlarını 12 ay ərzində təqdim etməlidirlər. Həmçinin sənəddə 6G-nin kommersiya məqsədli istifadəsi üçün daha çox tezliyin boşaldılması imkanını araşdırmaq məqsədilə 2,69-2,9 QHs və 4,4-4,94 QHs diapazonlarının öyrənilməsi zərurəti qeyd olunub.
Memorandumda bildirilib ki, spektrlərin yenidən bölüşdürülməsi ABŞ şirkətlərinə və onların tərəfdaşlarına 6G şəbəkələrinin inkişafını planlaşdırarkən hansı tezliklərin əlçatan olacağını anlamağa imkan verəcək.
Bundan başqa, ABŞ Dövlət katibinə və administrasiyanın digər üzvlərinə diplomatik təmaslar vasitəsilə 6G sahəsində Amerikanın liderliyini təşviq etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB