...İnvestorlar ölkədə mümkün hökumət dəyişikliyi və sonradan borc ödənişlərinin bərpa olunması gözləntisi ilə Venesuela defolt istiqrazlarını aktiv şəkildə alırlar. Tramp administrasiyasının artan təzyiqi fonunda istiqraz qiymətləri bir dollar üçün 33 sentə yüksəlib - bu, 2019-cu ildən bəri ən yüksək səviyyə və oktyabrın əvvəlindən təxminən 40 faiz yüksəkdir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Financial Times yazır.
Qiymətlərin artması, Venesuela Prezidenti Nikolas Maduronun istefasının borcun restrukturizasiyasına və ölkənin təxminən on ildir ki, yoxluğundan sonra beynəlxalq maliyyə bazarlarına qayıtmasına yol aça biləcəyi ilə bağlı bazar gözləntilərini əks etdirir.
Dövlətə məxsus neft şirkəti PDVSA-nın istiqrazları da oxşar artım göstərir.
...Venesuela istiqrazlarını cari qiymətlərlə almaqla investorlar rejim dəyişikliyi perspektivindən ruhlanırlar, - deyə Qramerci Funds Manaqement-in baş direktoru Robert Koeniqsberger qeyd edib.
O, əlavə edib ki, bazar hələ mümkün siyasi dəyişikliyə tam qiymət verməyib. 2017-ci il defoltundan və ABŞ sanksiyalarının tətbiqindən sonra investorlar qiymətli kağızları ən aşağı qiymətlərlə satmaq məcburiyyətində qaldılar.
İstiqraz ticarətinə qoyulan məhdudiyyətlər 2023-cü ildə yalnız qismən qaldırıldı və bu da dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarına malik bir ölkənin aktivlərinə marağı canlandırdı. Lakin analitiklər risklər barədə xəbərdarlıq edirlər.
Maduronun yaxınlaşan süqutu ilə bağlı proqnozlar əvvəllər də verilmişdi, lakin o, hakimiyyətdə qalıb. Bundan əlavə, kəskin qeyri-sabitlik islahatlara deyil, vətəndaş münaqişəsinə səbəb ola bilər. Təzyiqə əlavə olaraq, ABŞ-ın Venesuela neftini daşıyan tankeri ələ keçirməsi və sonrakı blokada rejimin ixracını və maliyyə gəlirlərini əhəmiyyətli dərəcədə azaldacaq.
Allianz Global Investors mütəxəssislərinin fikrincə, nikbin ssenaridə istiqraz qiyməti bir dollar üçün 40-50 sentə qədər yüksələ bilər, baxmayaraq ki, bəzi investorlar daha yüksək səviyyələr gözləyirlər.
Ümumiyyətlə, bazar Venesuela borcunu ölkədəki siyasi inkişaflardan və ABŞ-ın regiondakı rolundan birbaşa asılı olan çətin vəziyyətdə olan suveren istiqraz seqmentində son böyük imkanlardan biri kimi görür.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB