...SİA xəbər verir ki, Şot Telegram kanalının məlumatına görə, rus turistlər Taylanda gəldikdən sonra kütləvi şəkildə saxlanılırlar.
Məlumatlara görə, evli rus cütlüyü Filippindən Asiya ölkəsinə gəlib.
Taylandda pasport nəzarəti zamanı ruslar doqquz gün ölkədə tətil edəcəklərini bildiriblər və bu müddət üçün ödənişli mənzil barədə məlumat veriblər.
Buna baxmayaraq, onlar saxlanılıblar. Onların sözlərinə görə, gömrük işçiləri pasportlarındakı çoxlu sayda vizadan narahat olublar.
Nəticədə cütlük Tayland hava limanındakı xüsusi saxlama yerində beş gün keçirməli olub. Bir çox rus da saxlanılıb. Cütlük bildirib ki, işçilər onlarla kobud davranıblar və hətta çamadanlarından vacib dərmanları çıxarmağa belə icazə verməyiblər.
Onlar sonda Filippinə qayıtmaq qərarına gəliblər. Tayland və Kamboca arasında münaqişə başlayandan bəri minə yaxın əcnəbinin saxlanıldığı bildirilir.
Məsələn, rusiyalı səyahətçilər Laosdan gələn turistlərlə dolu avtobusun sərhəddə geri qaytarıldığını bildiriblər.
Qeyd edək ki, Tayland-Kamboca sərhədində toqquşmalar 8 dekabrda başlayıb. Ruslara münaqişə zonasına yaxın müəyyən ərazilərə getməmək tövsiyə edilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB