Skabeeva da etirafda bulundu və...

Təbliğatçı etiraf edib ki, Trampın sanksiyaları Putinin müharibəni davam etdirməsinə mane olur...

...Rusiya federal televiziya kanalında təəccüblü bir etiraf edildi. Kremlin ən böyük təbliğatçılarından biri olan Olqa Skabeeva canlı yayımda Donald Trampın rəhbərliyi altında ABŞ-ın yeni sanksiyalarının Rusiyanın müharibəni davam etdirmək qabiliyyətinə ciddi zərbə vurduğunu bildirdi.

SİA xəbər verir ki, bu barədə Dialog.UA məlumat yayıb.

…Tramp ölkəmizə qarşı heç də yoldaş kimi görünmür! Neft gəlirlərimizin azalması Rusiya büdcə kəsirinin əsas məsələsidir. Müharibə isə baha başa gələn bir məsələdir, - deyə Skabeeva Rusiya iqtisadiyyatının hərbi xərclərin tempini davam etdirə bilmədiyini etiraf edərək bildirib.

O, ABŞ prezidentinin sanksiyalarının Moskvanı əsas gəlir mənbələrindən məhrum etdiyini bildirib.

…Onlar ölkəmizdən qəsdən və sistemli şəkildə pul çıxarırlar. Zelenski neft emalı zavodlarımızı döyür və Donald Tramp ölkəmizin iki əsas neft nəhənginə qarşı Rusiya əleyhinə sanksiyalar tətbiq edib. Əlbəttə ki, həm Hindistan, həm də Çinin problemləri olacaq. Əgər onların problemləri varsa, biz bunu kimə satacağıq?,- deyə təbliğatçı sual edib...

O, baş verənlərin əhəmiyyətsiz bir məsələ olmadığını vurğulayıb.

…Hər şey o qədər də aydın deyil. Və bunun sadəcə başqa bir əhəmiyyətsiz məsələ və ya cəfəngiyat olduğunu demək çətindir. Xeyr, əlbəttə ki, bu, əhəmiyyətsiz bir şey və ya hətta cəfəngiyat deyil!,

Bunu da Skabeeva bildirib.

O, bununla da Rusiya lideri Vladimir Putinin sanksiyaların Rusiyaya heç bir təsir göstərməyəcəyi iddiasını təkzib edib.

Aeyd edək ki, Rusiya lideri 23 oktyabrda bildirib ki, "Yeni sanksiyalar iqtisadi rifahımıza əhəmiyyətli dərəcədə təsir göstərməyəcək".

Beləliklə, Rusiya təbliğatının əsas fiqurlarından biri təsadüfən Trampın sanksiyalarının həqiqətən işlədiyini təsdiqləyib - onlar Kremli neft gəlirlərindən məhrum edir, büdcə kəsirini artırır və Rusiyanın Ukraynaya qarşı uzunmüddətli müharibəni maliyyələşdirmək qabiliyyətini şübhə altına alır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə