"Ukraynadakı münaqişəyə tez bir zamanda son qoymaq üçün Rusiyaya təzyiqlər artırılmalıdır". SİA xəbər verir ki, bu çağırışı Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkədə edib. "Rusiya dərhal və qeyd-şərtsiz atəşkəsə qarşı çıxmağa davam etdiyi üçün biz Moskvaya təzyiqi artırmaqda qərarlıyıq", - Fransa Prezidenti yazıb.
O əlavə edib ki, ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaların qəbulunu alqışlayır. Makronun sözlərinə görə, Fransa avropalı tərəfdaşları ilə birlikdə və ABŞ- a sıx əməkdaşlıq edərək Ukraynaya dəstəyini davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB