Rusiya prezidenti Vladimir Putin Tacikistan lideri Emoməli Rəhmonla telefonla danışıb, Düşənbədə aparılan danışıqları müzakirə edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidməti Teleqramda bildirib.
...Söhbət zamanı Vladimir Putin dövlət səfəri zamanı göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə Tacikistan Prezidenti Emoməli Rəhmona təşəkkür edib, - məlumatda deyilir.
Rusiya lideri həmçinin vurğulayıb ki, danışıqlar zamanı qəbul edilən sənədlər iki ölkənin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsini yüksəldəcək.
Bundan əvvəl Putin MDB dövlət başçıları ilə görüşü zamanı zarafatla deyib ki, Tacikistan prezidenti Emoməli Rəhmon onu acından öldürür. Rəhmon dünən axşamdan məni ac qoyur. Dedim ki, məni niyə ac qoyursan? O da dedi ki, sabah hamımız birlikdə olacağıq. “Yaxşı, yaxşı” dedim”.
Rusiya lideri gülümsəyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə