"Tomaqavk” raketlərinin tədarükü məsələsi də müzakirə edilib...

Raketlər Kiyevə Moskva da daxil olmaqla Rusiyanın dərinliklərindəki hədəfləri vurmağa imkan verəcək...

...Oktyabrın 11-də Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski ilə Donald Tramp arasında söhbət zamanı Kiyevin uzaqmənzilli “Tomaqavk” qanadlı raketləri alması müzakirə edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Axios iki mənbəyə istinadən yazır.

Onlar raketlərin Kiyevə ötürülməsi ilə bağlı yekun qərarın qəbul edilib-edilmədiyini açıqlamayıblar.

Mənbələrdən biri mətbuata bildirib ki, prezidentlərin söhbəti 30 dəqiqəyə yaxın davam edib.

Axios qeyd edib ki, “Tomaqavk” raketləri Ukraynaya Moskva da daxil olmaqla Rusiyanın dərinliklərində arxa bölgələrə zərbə endirmək imkanı verəcək.

Kiyev iddia edir ki, bu, qeyri-legitim Rusiya prezidenti Vladimir Putini danışıqlar masasına oturtmağa kömək edəcək, media orqanı vurğulayır.

Bayaq da qeyd etdiyimiz kimi, Zelenski Trampla söhbəti “yaxşı” və “çox məhsuldar” adlandırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə