...Atlantik okeanında əmələ gələn Humberto qasırğası Saffir-Simpson şkalası üzrə 4-cü kateqoriyaya çatıb. Onun artımı Şimali Livard, Vircin adalarına, Puerto Rikoya və Bermuda təsir edəcək.
Şimali Livard, Vircin, Puerto-Riko və Bermud adaları Humberto qasırğasının təsirinə məruz qalacaq.
Qasırğa artıq deyildiyi kimi, Saffir-Simpson şkalası üzrə 4-cü Kateqoriyaya qədər güclənib.
Milli Qasırğa Mərkəzinin məlumatına görə, Humberto 11 km/saat (6,8 mil/saat) sürətlə şimal-qərbə doğru irəliləyir. Onun hüdudları daxilində maksimum davamlı küləklər 63,9 m/s (210 mil/saat) təşkil edir.
Qasırğa hazırda Şimali Livard adalarından 630 km (390 mil) şimal-şərqdə yerləşir.
Xatırladaq ki, Humberto mərkəzi Atlantik okeanında formalaşmağa başlamışdır. Əvvəlcə tropik fırtına kimi təsnif edilən o, sonradan qasırğa statusuna çatıb.
Sentyabrın 26-da Humberto artıq Saffir-Simpson şkalası üzrə 1-ci kateqoriyaya çatmışdı və güclənməyə davam edirdi. Bundan əvvəl Braziliyanın Porto Feliz şəhərində baş verən fırtına yerli “Toyota” mühərrik zavodunun fəaliyyətini dayandırmağa məcbur etmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə