...SİA xəbər verir ki, “Axios”un dərc etdiyi xəbərlərə görə, İsrailin baş naziri Benyamin Netanyahu Misirin 1979-cu il sülh müqaviləsinə əməl etmədiyini bəyan edərək ondan narazılığını bildirib.
Buna Sinay yarımadasında İsrail hərbi qüvvələrinin artırılması səbəb olub.
Netanyahu həmçinin ABŞ səlahiyyətlilərindən Misirin Sinayda artan hərbi mövcudluğunu azaltmaq üçün təsir göstərməsini istəyib.
Misir-İsrail Sülh Müqaviləsi 1979-cu il martın 26-da Vaşinqtonda imzalanıb.
Müqavilənin əsas müddəaları qarşılıqlı tanınma, döyüşkən vəziyyətə son qoyulması, münasibətlərin normallaşdırılması, İsrail qüvvələrinin və mülki əhalinin Sinay yarımadasından çıxarılmasından ibarət idi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə