Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İkinci Dünya Müharibəsindən sonra Finlandiyaya təzminat tələblərindən imtina edilməsinə mümkün yenidən baxılacağını açıqlayıb.
Bu bəyanat ölkənin NATO-ya daxil olması fonunda verilib və siyasətçinin fikrincə, bu, Helsinkinin əvvəllər bağlanmış müqavilələri pozmasına gətirib çıxarıb.
Medvedev vurğulayıb ki, Finlandiya həm 1947-ci il Paris Sülh Müqaviləsi, həm də 1992-ci il Rusiya Federasiyası ilə münasibətlərin əsas prinsipləri haqqında Müqavilənin müddəalarını pozub.
O xatırladıb ki, SSRİ könüllü olaraq təzminat məbləğini 300-dən 226,5 milyon dollara endirib, lakin real zərər, Rusiyanın hesablamalarına görə, təxminən 20 trilyon rubl (222 milyard dollar) təşkil edir.
SİA-nın məlumatına görə, Kreml rəsmi olaraq Helsinkiyə maliyyə tələblərinin təqdim edilməsinin mümkünlüyünü hələlik şərh etməyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə