Belgee yerli elektromobilin seriyalı istehsalından imtina edib...

Xərc “çox yüksək” oldu...

Hazırlanma mərhələsində olan yerli elektrik avtomobili Belgee EX50 satışa çıxarılmayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə BELGEE müəssisəsinin direktoru Gennadi Sviderski av.by-yə bildirib. Şirkət rəhbəri qeyd edib ki, “elektrik modeli üzrə bütün texniki işlər uğurla başa çatıb”.

Bununla belə, iqtisadi təhlil zamanı aydın oldu: Belgee EX50-nin seriyalı istehsala buraxılması çox baha olardı, Gennadi Sviderski izah edib.

Müəssisə direkoru əlavə edib ki, şirkət hələ də tam elektriklə işləyən, lakin Geely brendi altında 430 km məsafə qət edən avtomobil buraxacaq.

Elektromobil oktyabrda Belarus bazarına çıxacaq.

Bundan əvvəl Milli Elmlər Akademiyasının Birləşmiş Maşınqayırma İnstitutunun direktor müavini Aleksandr Beleviç qeyd etmişdi ki, Belgee-dən Belarusun elektromobilinin qiyməti “maşının bazarda rəqabətədavamlı olması üçün çox bahadır”.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə