Trampın sosial şəbəkəsi Obamanı ABŞ-ın ən yaxşı prezidenti hesab edir

ABŞ prezidenti Donald Trampa məxsus “Truth Social” sosial şəbəkəsinin chatbotu ABŞ-ın keçmiş lideri Barak Obamanı ən yaxşı Amerika prezidenti adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Washington Post (WP) yazıb.

Ən yaxşı prezidentin adını soruşduqda Truth Search süni intellekt bildirib ki, “son rəy sorğuları Barak Obamanın hazırda yaşayan ABŞ prezidentləri arasında ən böyük rəğbətə malik olduğunu göstərir

Süni intellektin Trampın ikinci andiçmə mərasimindən qısa müddət sonra dərc edilən cavabında mənbə kimi Fox News məqaləsini göstərdiyi vurğulanır.

Eyni zamanda, chatbot onu da qeyd edib ki, “mühafizəkar şərhçilər” tez-tez Donald Trampı ABŞ-ın ən yaxşı prezidenti adlandırırlar.

WP məqaləsində həmçinin deyilir ki, Truth Sosial şəbəkəsinin yeni chatbotu Trampın bəzi açıqlamaları ilə razılaşmayıb. Məsələn, demokratların 2020-ci ildə keçirilən “oğurlanmış” seçkilərdə ittihamları və tarif siyasətinin ABŞ iqtisadiyyatına müsbət təsir göstərdiyi iddiası ilə...

Bundan əvvəl Donald Tramp sələfi Barak Obamanı “şirin centlmen” adlandırmışdı.

Ağ Ev rəhbəri vurğulayıb ki, o, Obamaya yaxşı münasibət bəsləyir, ona və xanımı Mişellə hörmət edir. Eyni zamanda, Tramp Obamanın prezidentliyi dövründə həyata keçirdiyi iqtisadi siyasətlə də razılaşmır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə