İndoneziyada Semeru vulkanında iki partlayış olub

İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanında iki püskürmə baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Antara News" xəbər verir ki, Semeru Vulkan Müşahidə Bürosunun rəsmiləri Semerunun yerli vaxtla saat 05:24-də püskürdüyünü bildiriblər.

Səlahiyyətlilər, dağın saçdığı külün təxminən 600 metr yüksəkliyə qalxdığını və şimal-şərqə doğru irəlilədiyini bildirib. İlkin püskürmənin ardınca yerli vaxtla saat 10:08-də Semeru vulkanı daha bir püskürmə yaşanıb, səlahiyyətlilər vulkanik kül buludunun təxminən 600 metr yüksəkliyə çatdığını bildirib. Sakit okean zəlzələsi və vulkanik qurşağında yerləşən İndoneziyada təxminən 130 aktiv vulkan var.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə