40 yaşlı müəllim 14 yaşlı məktəbli qıza təcavüz edib...

Amerikanın Ohayo ştatından olan 40 yaşlı müəllim şagirdi zorlamaqda günahını etiraf edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Stefani Erin Kellenberger adlı müəllim qızın cəmi 13 yaşı olanda onu sıxışdırmağa başlayıb.

Zorakılıq qurbanı 14 yaşı tamam olduqdan sonra müəllim onu öz evində zorlamağa başlayıb.

Bu, qızın 16 yaşına qədər davam edib.

Vəziyyət məlum olduqdan sonra qız məktəbi tərk edib.

O, ittiham tərəfi ilə sövdələşib, ona görə on ildən sonra azadlığa çıxa biləcək.

Bundan əlavə, azadlığa çıxdıqdan sonra o, cinsi cinayətkar kimi qeydiyyatdan keçməli və bu qeydiyyatı hər 90 gündən bir yeniləməli olacaq.

Kellenberger müəllimlik lisenziyasını da itirəcək. Hökm çıxarılana qədər o, nəzarət altında olacaq. Bu müddət ərzində onun yetkinlik yaşına çatmayanlarla əlaqə saxlaması qadağandır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə