Medvedev sükutu pozur...

Rusiyanın keçmiş prezidenti yeni militarist yazı dərc edib...

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev növbəti aqressiv bəyanatla çıxış edib.

SİA-nın məlumatına görə, X sosial şəbəkəsində o, Rusiya Xarici İşlər Nazirliyinin orta və yaxın mənzilli raketlərin yerləşdirilməsinə moratoriumun ləğvi ilə bağlı son təşəbbüsünü şərh edib.

Medvedevin sözlərinə görə, bu qərar guya NATO ölkələrinin “anti-Rusiya siyasətinə” cavab olub. O, vəziyyəti “yeni reallıq” adlandırıb ki, onun fikrincə, Kremlin bütün əleyhdarları bunu nəzərə almalıdır.

Eyni zamanda Rusiyanın keçmiş prezidenti Moskvanın hansı addımları planlaşdırdığını dəqiqləşdirməyib, bunun yalnız başlanğıc olduğuna eyham vurub.

...Bu, Medvedevin ABŞ prezidenti Donald Trampın onu öz yerinə sərt şəkildə qoymasından bir neçə gün sonra ilk açıq bəyanatıdır. Sonra xatırladaq ki, Rusiyanın keçmiş prezidenti Qərbə nüvə təhlükəsi ilə bağlı ritorikaya başladı, lakin Ağ Evin rəhbəri ondan az sərt cavab vermədi və bildirdi ki, o, Amerika nüvə qüvvələrinin Rusiya sərhədlərinə yaxınlaşmasına göstəriş verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə