Zaxarova Norveçin hərəkətlərinin “cavabsız qalmayacağını” deyir...

Norveçin balıqçılıq sektorunda Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi bəhanəsi paranoyya ilə həmsərhəddir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

...Norveç hakimiyyətinin son anti-Rusiya tədbirləri üçün istifadə etdiyi bəhanəyə gəlincə, bunu yalnız paranoyanın təzahürü kimi təsvir etmək olar.

Bunu deyən Zaxarova bildirib ki, hazırda Rusiya balıqçılıq şirkətlərinin kəşfiyyat fəaliyyətində iştirakı ilə bağlı heç bir təsdiq yoxdur.

O, Norveçin hərəkətlərinin “cavabsız qalmayacağını” vurğulayıb.

Qeyd edək ki, iyulun 29-da Rusiya Xarici İşlər Nazirliyi Norveçin müvəqqəti işlər vəkili Raqfild Yohansenə Norveçin müstəsna iqtisadi zonasında balıq tutan Rusiyanın “Norebo” və “Murman Seafood” şirkətlərinin balıqçı gəmilərinə qarşı məhdudlaşdırıcı tədbirlərlə əlaqədar etiraz notası təqdim edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə